Maşında  siqaret çəkməyin   zərərləri – Yalnız  qoxu ilə əlaqəli deyil
22 may 2024 20:47 (UTC +04:00)

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Bir çox sürücü avtomobildə siqaret çəkməyin ağır nəticələrindən xəbərdardır. Söhbət pis qoxudan gedir. 

Lent.az xəbər verir ki, siqaret tüstüsü avtomobilin salonundakı bir çox materiala nüfuz edir. Nəticədə, aradan qaldırılması çox çətin olan xoşagəlməz bir qoxu yaranır. Həmçinin, sərnişinlərin yanında siqaret çəkmək etik hesab olunmur.  Ancaq bunlar siqareti atmaq üçün yeganə səbəb deyil. 

Bunun başqa bir mənfi tərəfi də var. Siqaret çəkən zaman onun dumanı yüksəlir. Nəticədə tüstü tavana hopur. Bu zaman yalnız xoşagəlməz qoxu yaranmır, həm də avtomobilin tavanı çirklənir. Hətta bu ləkələri çıxarmaq mümkün olmur. 

Sonda qeyd edək ki, siqaret çəkmək pis vərdişdir və ondan tamamilə imtina etmək məsləhətdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4311
avatar

Sevinc Fərid

Oxşar yazılar