“Kamil Vətəndaş”ın rəhbəri ilə bağlı qərar verildi
02 aprel 2014 19:22 (UTC +04:00)

“Kamil Vətəndaş”ın rəhbəri ilə bağlı qərar verildi

Məhkəmə Gəncə şəhərində polis əməkdaşları tərəfindən saxlanılan hüquq müdafiəçisi Həsən Hüseynli barəsində qərar çıxarıb. Bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri H. Hüseynli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, H. Hüseynli  martın 31-də Gəncədə saxlanılıb. Yayılan məlumatlara görə, o, Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848
avatar

Oxşar yazılar