Yəmənin cənubunda “Əl-Qaidə” terror təşkilatının silahlıları Yəmən ordusunun 14 əsgərini oğurlayaraq edam ediblər.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, əsgərlər avtobusla ailələrinə baş çəkməyə gedirmişlər.
Onların cəsədlərini bir neçə saat sonra yerli sakinlər aşkar edib. Hazırda Yəmən ordusu ərazidə axtarış əməliyyatı aparır.