“Düdelanj” – “Qarabağ” oyununun favoriti hansıdır?
03 oktyabr 2019 14:44 (UTC +04:00)

“Düdelanj” – “Qarabağ” oyununun favoriti hansıdır?

 
 
Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj” (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 
 
APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu daha şanslı hesab edirlər.
 
Lüksemburqda baş tutacaq bugünkü qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,82 əmsalla qiymətləndirilib. Meydan sahiblərinin qalib gəlməsinə 4,94 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,74-dür. 
 
Qeyd edək ki, “Josi Bartel” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Oxşar yazılar