Hacıqabul şəhər sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.
Araşdırma aparılır.