Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa RPŞ əməkdaşları mənzildə tapança aşkarlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Samir Babayevin evindən "Naqan" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.