“Bakılı” klubunun prezidentinə qarşı 39 minlik dələduzluq
20 aprel 2016 11:16 (UTC +04:00)

“Bakılı” klubunun prezidentinə qarşı 39 minlik dələduzluq

0

 

 

Bakı şəhərində daha bir dələduzluq hadisəsi qeydə alınıb. Lent.az-ın Report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 55 yaşlı Misir Əbilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şikayətçi Misir Əbilov futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Bakılı” klubunun prezidentidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar