Martın 30-da Qazax şəhərində quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər ərazisində yerləşən “Azpetrol LTD” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə “Volkswagen” markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manat pulunu alıb.
Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qeyd edilən avtomobilin sürücüsü, Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.
Araşdırmalar davam etdirilir.