Bakıda qazanxana yanıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Binəqədi rayonunda “Azəristilik” ASC-yə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m2 olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisinə yığılmış taxta tullantıları 40 m2 sahədə yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.