“Azərbaycan Dəmir Yolları" “donuz qripi”nə görə gücləndirilmiş rejimə keçdi
22 yanvar 2016 10:11 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları" “donuz qripi”nə görə gücləndirilmiş rejimə keçdi

Son günlər Azərbaycan Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nin (A/H1N1 virusunun) aşkarlanması ilə əlaqədar  ölkəmizdə bu virusa qarşı profilaktik tədbirlər aparılır.  “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dəmir yolu nəqliyyatı insanların kütləvi istifadə etdiyi  nəqliyyat növü olduğundan sanitariya işləri burada daha intensiv aparılır.

 

Məlumata görə, bununla bağlı «Azərbaycan Dəmir Yolları» QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb, qabaqlayıcı tədbirlər görülür. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır:

 

“Bundan başqa, şübhəli xəstələrin müvəqqəti saxlanması üçün xüsusi palatalar ayrılıb, tibbi personalın fərdi  qoruyucu vasitələrlə  təmin edilməsi həyata keçirilir, dəmir yolu ərazisində donuz qripi xəstəliyinə qarşı profilaktik və əks epidemik tədbirlərin həyat keçirilməsi məqsədi ilə dərman və vaksinlərin, dezinfeksiyaedici  preparatların, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.

 

Artıq ölkədaxili hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında yolboyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin görülməsi barədə təlimatlar aparılır. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular arasında maarifləndirmə  işi, qatar heyətlərinin tibbi-sanitar bilikləri artırılması istiqamətində işlər gücləndirilib. Şübhəli xəstələr barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. Sərnişin qatarlarının epidemiya əleyhinə hazırlığın vəziyyəti  nəzarətdə saxlanılır”.

 

Qeyd olunub ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin Sanitar-Karantin Müfəttişliyində «Qaynar xətt» yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində  şübhəli hallar barəsində dərhal qaynar xəttə məlumatlar daxil olacaq. Dəmir yolunda yaradılmış «Qaynar xətt»in əlaqə telefonları bunlardır: 499-48-28, 499-60-25.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10