Sentyabrın 22-də, şənbədən bazara keçən gecə "Azərbaycan" nəşriyyatının əsas binasında yerləşən və qəzetçilərin "Köhnə mətbəə" dediyi sexdə bir fəhlənin əlləri çap maşınında qalıb.
Mia.az-ın xəbərinə görə, hadisə həmin gecə təxminən saat 02:00 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, işlək vəziyyətdə olan qurğuda "dozakl"ları silmək istəyən fəhlənin əli ani diqqətsizlikdən fırlanan barabanın arasında qalıb: "Baraban fəhlənin əlini çəkərək "presslədi". Dərhal fəhlə xəstəxanaya çatdırıldı. Vəziyyəti ağır olsa da, rəhbərlik deyir ki, fəhlənin əlini xilas etmək mümkün olub. Yəqin tezliklə hər şey bilinəcək".