“Avtovağzal” metrostansiyasının liftini qırdılar
29 aprel 2016 13:36 (UTC +04:00)

“Avtovağzal” metrostansiyasının liftini qırdılar

 

Bakı Metropoliteni yeni açılmış “Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan liftin sındırılmasına aydınlıq gətirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, həmin lift sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutulsa da, digər şəxslər də ondan istifadə ediblər.

 

QSC rəsmisinin sözlərinə görə, metrostansiyasının açılışından iki gün sonra liftə sərnişinlər tərəfindən ziyan vurulub.

 

“Liftin giriş qapısına sərnişinlər güc tətbiq edərək mexanizmi sındırıblar. Artıq lift təmir olunub”.

 

Nəsimi Paşayev onu da bildirib ki, hadisə stansiyanın çölündə olduğuna görə, hazırda araşdırma aparılır. Həmin şəxslərin kimliyi ilə bağlı məlumatlar toplanır.

 

Qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı baş tutub. “Avtovağzal” stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

APA Baycan

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21