“Akop İnciqulyana işgəncə verilməsi barədə fikirlər yalandır”
04 dekabr 2014 14:34 (UTC +04:00)

“Akop İnciqulyana işgəncə verilməsi barədə fikirlər yalandır”

 

 

“Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədikləri fikirlər yalandır”.

 

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.

 

Komissiya təmsilçisi bildirib ki, Akop İnciqulyan Azərbaycan tərəfinə keçdikdən sonra dəfələrlə mətbuat nümayəndələri tərəfindən danışdırılıb: “Onun gələndə olan və Ermənistana veriləndə olan görüntüləri də var. İşgəncə verilən adam elə olmazdı, çəkisi o qədər artmazdı. Ermənilərin Şahbaz və Dilqəmə qurduqları oyuncaq məhkəmədə onların guya Ermənistan ordusunun mayorunu öldürdüyünü və bir qadını yaraladığını deyirdilər. Sonradan o qadınla zabitin aralarında başqa münasibətlərin olduğu erməni mətbuatında yazılıb. İndi bunun üstündən keçiblər. İndi də Akop İnciqulyanı atıblar ortaya ki, guya Bakıda onu dindirən zaman Həsən Həsənov da dindirmədə iştirak edib. Bütün bunlar yalandır. Onun dindirilməsində elə bir adam iştirak etməyib”.

 

Qeyd edək ki, Akop İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub. 29 avqust 2014-cü ildə isə Ermənistana təhvil verilib.

 

 

 

 

 

# 101
avatar

Oxşar yazılar