“QAZ 31” qəza törətdi, sürücü yaralandı
28 yanvar 2016 01:07 (UTC +04:00)

“QAZ 31” qəza törətdi, sürücü yaralandı

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kiraz qəsəbəsinə gedən yolda baş verib.

 

Rayonun Qaryağdı kənd sakini, 1986-cı il təvəllüdlü Həsən Rzayev idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı H. Rzayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar