Goranboyda mənzildə partlayış baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 23 radələrində Goranboy rayonunun Safikürd kəndində yaşayan Etibar Bəşirovun evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin bir qismi yanıb, E.Bəşirovun anası Gövhər Məmmədova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.