DİN Ucarda baş verən faciə ilə bağlı məlumat yaydı
06 dekabr 2014 17:53 (UTC +04:00)

DİN Ucarda baş verən faciə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Naziliyi Ucarda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 5-də saat 22 radələrində Ucar şəhərinin T.İsmayılov küçəsində yaşayan Qənirə Nəsirovanın evində yanğın baş verib. Nəticədə 10 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb və yanğın söndürüldükdən sonra Q.Nəsirovanın yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırmalar aparılır. Yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar