Ələt qəsəbəsi ərazisində 9 il əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılmış meyitin 2006-cı ilin iyun ayında itkin düşmüş Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.