90 yaşlı kişi özünü 2-ci mərtəbədən atdı
14 iyun 2014 19:17 (UTC +04:00)

90 yaşlı kişi özünü 2-ci mərtəbədən atdı

Bu gün saat 14:20 radələrində 1924-cü il təvəllüdlü Kərimov Behbud Niftalı oğlu yırtıqdan müalicə aldığı 1 nömrəli Kliniki Tibbi Mərkəzin 2-ci mərtəbəsindən özünü ataraq intihar edib. 


Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, həkimlər və palata qonşuları onun  intihardan bir saat əvvəl oğlu ilə mübahisə etdiyini deyiblər. Ehtimala görə, yırtıqdan əməliyyat olunan və artıq evə yola salınmağa hazır olan atasını oğlu aparmaq istəməyib və təklif edib ki, bir az daha xəstəxanada qalsın. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, mərhumun psixoloji pozğunluğu olmayıb. 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2353
avatar

Oxşar yazılar