Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 12-də axşam saatlarında Şamaxı şəhərinin Ə.Əlizadə küçəsində qeydə alınıb. Rayon sakini Şəmiyev İxtiyar Şaməddin oğlunun idarə etdiyi “KaMAz” markalı yük maşını ilə 1927-ci il təvəllüdlü Əzizov Bahadur Şəfaqət oğlunu vurub. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.