Salyanda 81 yaşlı kişi göldə boğulub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Şorsulu kənd sakini, 1935-ci il təvəllüdlü Əhmədov Ağaqasım Əbülqasım oğlu kanala yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılaraq, Salyan Salyan Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə olunub. Həmin şəxsin suda boğulması təsdiqini tapıb.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.