77 yaşlı kişi öz arvadını, sonra isə özünü güllələdi
26 iyun 2015 00:53 (UTC +04:00)

77 yaşlı kişi öz arvadını, sonra isə özünü güllələdi

0

Bolnisi rayonunun Bala Muğanlı kəndində qətl hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə barədə Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya bildirilib. Bala Muğanlı kənd sakini, 1938-ci il təvəllüdlü  Nəriman M. qısqanclıq zəminində ov tüfəngi ilə 1951-ci il təvəllüdlü həyat yoldaşı M. Səmərqəndi güllələyib. Qarın nahiyəsindən yaralanan Səmərqənd M. hadisə yerində keçinib. Həyat yoldaşını öldürən Nəriman M. özünü də sinəsindən güllələyib, lakin onu xəstəxanaya çatdırıblar. Marneuli xəstəxanasında həyata keçirilən cərrahiyyə əməliyyatından sonra Nəriman M. sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

 

Polis hadisə yerindən ov tüfəngi götürüb.

 

Gürcüstan CM-nin 108-ci maddəsinin 11-ci bəndi əsasında qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar