Bu gün İmişli rayonunda güclü yanğın olub. Lent.az0ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı və çardağı 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:35-də tamamilə söndürülüb.