67 yaşlı qadını avtomobillə vurub qaçan sürücü həbs edilib
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanılıb.
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Rayon sakini Zamiq Məmmədovun idarə etdiyi 10-FS-939 dövlət qeydiyyatlı "Hyundai-Sonata" markalı avtomobil yolu piyada keçən 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vuraraq hadisə yerindən qaçıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq orada ölüb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Zamiq Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmək), 264-cü (hadisə yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
405