62 yaşlı kişi avtobusda öldü
Abşeronda 62 yaşlı kişi marşrut avtobusunda ölüb.
APA-nın xəbərinə görə, ötən gün rayon Polis İdarəsinə bir nəfərin Xırdalan şəhərində 135 nömrəli avtobusun içində ölməsi ilə bağlı məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, Ordubad rayon sakini 1952-ci il təvəllüdlü Şəhriyar Qafarov mühafizəçi işlədiyi Xırdalan şəhərində yerləşən "Zirvə" liseyindən evə gedən zaman arxa oturacaqda ürək çatışmamazlığından ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
697