5 otaqlı ev yandı
27 mart 2016 09:59 (UTC +04:00)

5 otaqlı ev yandı

0

Saatlı rayonunda güclü yanğın baş veribn. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qıraqlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları, qamışdan ibarət tavan və dam örtüyü 170 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar