55 yaşlı kişini döyüb çənəsini sındırdılar
03 aprel 2016 20:20 (UTC +04:00)

55 yaşlı kişini döyüb çənəsini sındırdılar

Samuxda döyülmə faktı qeydə alınıb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə rayonun Qarayeri qəsəbə sakini, 1961-ci il təvəllüdlü Bəhruz Vəliyev alt çənə sümüyünün qırığı və bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. B. Vəliyevin hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələ ki, məlum deyil.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

APA Baycan

Oxşar yazılar