4 otaqlı ev və avtomobil yandı
04 aprel 2014 11:43 (UTC +04:00)

4 otaqlı ev və avtomobil yandı

Yevlax rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 4 otaqlı mənzilin mətbəxi, çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və binaya bitişik saxlanılmış vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Binanın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 444
avatar

Oxşar yazılar