FHN 4 nəfəri dənizdə batmaqdan xilas etdi
04 avqust 2016 19:45 (UTC +04:00)

FHN 4 nəfəri dənizdə batmaqdan xilas etdi

0

 

FHN əməkdaşları 4 nəfəri dənizdə batmaqdan xilas edib.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin  Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.  Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

 

Bundan başqa, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları yenə Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat əldə etdikdən sonra hadisə yerinə cəlb olunublar. Vətəndaşlar sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi yaşayan daha 1 nəfər də FHN əməkdaşları tərəfindən xilas olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar