4 milyon manatlıq cinayətin cəzası bəlli oldu
07 may 2014 12:47 (UTC +04:00)

4 milyon manatlıq cinayətin cəzası bəlli oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən "Atropatena" Qapalı Səhmdar Cəmiyyətinin sabiq mühasibi Seymur Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

APA-nın  məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Musayev 12 il 6 ay, Nuqzar Ömərov 10 il, Orxan İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

 

İttihama görə, "Atropatena" şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayev şirkətin satış nümayəndələri Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov və Həsən Gülverdiyevlə cinayət əlaqəsinə giriblər. Onlar şirkətə məxsus 4 milyon manatdan artıq dəyərində pulu mənimsəyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar