Balakəndə inək oğurluğu ilə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-nə keçən gecə Hənifə kəndində yaşayan Nadir Layıcovun həyətindən 4 baş inək oğurlamış rayon sakinləri İlham Lokov, Rəcəb Anarəcəbov və Bahadur Omarov saxlanılıb.
Araşdırma aparılır.