3 otaqlı ev yandı
27 mart 2016 17:40 (UTC +04:00)

3 otaqlı ev yandı

0

Bu gün Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin çardağının və tavanın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 12:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar