Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası törədən sürücü 3il sonra tutulub. Lent.az-ın məlumatına görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il dekabrın 17-də Fazilə Cəfərovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-21063” markalı avtomobilin sürücüsü - Sabirabad rayon sakini Amil Abbasov tutulub.
Araşdırmalar davam etdirilir.