3 gün əvvəl dənizdə batan şəxsin cəsədi tapıldı
25 iyun 2016 10:07 (UTC +04:00)

3 gün əvvəl dənizdə batan şəxsin cəsədi tapıldı

0

 

İyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batma hadisəsi qeydə alınıb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.

 

 F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:30-da başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar