Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı Fuad Qəhrəmanov bıçaq xəsarətləri ilə qohumları tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan Fuad Qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanov özünə bıçaqla xəsarət yetirib. Əməliyyatçılar dəqiqləşdiriblər ki, 35 yaşlı Fuad ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçaqla özünü vurub.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.