Ağstafada evdən oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon sakini Mahirə Əhmədovanın evindən 25000 ABŞ dolları və 3000 manat pul, habelə 30000 manat dəyərində qızıl əşyalar oğurlamış Qazax rayon sakini Samir Mürşüdov tutulub.
Araşdırma aparılır.