[b]Kanalda batan 50 yaşlı kişinin meyiti tapıldı[/b] - YENİLƏNİB
03 avqust 2016 14:54 (UTC +04:00)

[b]Kanalda batan 50 yaşlı kişinin meyiti tapıldı[/b] - YENİLƏNİB

0

 

Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları yekunlaşmışdır.

 

Lent.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:40-da başa çatıb.

 

**

12:04

Azərbaycanda iki nəfər kanalda boğulub.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfər, Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində isə bir nəfər batıb.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışına başlanılıb.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar