2 mərtəbəli ev yandı
16 aprel 2015 18:04 (UTC +04:00)

2 mərtəbəli ev yandı

0

Bu gün Yevlax şəhərində yanğın qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin yanar konstruksiyaları 80 kv.m və dam örtüyü 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 14:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisənin səbəbi araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar