28 iranlı məhbus ölkəsinə verilib
02 dekabr 2014 13:16 (UTC +04:00)

28 iranlı məhbus ölkəsinə verilib

0

Bu gün Astara sərhəd-keçid məntəqəsində Azərbaycanda cəza çəkən 28 İran vətəndaşı cəzalarının qalan müddətini öz ölkələrində çəkmək üçün qarşı tərəfə veriliblər.

 

Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.

 

O qeyd edib ki, Azərbaycanla İran arasında razılaşmaya əsasən, bu gün 28  iranlı məhbus İrana verilib. Onun sözlərinə görə, daha 52 nəfərin yaxın zamanlarda İrana  verilməsi gözlənilir: “Bu şəxslərin verilməsi barədə qərar 4 ay əvvəl verilmişdi, lakin bu gün gerçəkləşdirmək mümkün oldu. Onların hər birinin cəza müddətindən bir neçə ili qalıb, o müddətin qalanını da İranda çəkəcəklər. Ümumilikdə Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana gətirilməsi üçün lazımi rəsmi işlər aparılır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar