Bakıda 25 yaşlı qadın itkin düşüb.
Xətai Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib. Evdən gedərkən o özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri yoxdur deyə babası uşağı orta məktəbə də düzəldə bilməyib.
Hazırda X. Sadıqovanın tapılması istiqamətində axtarışlar davam etdirilir.
Polisdən itkin düşən ananın fotosunu da APA-ya təqdim ediblər. Onu görənlərdən və tanıyanlardan (050) 299-29-20 nömrəli telefona məlumat vermələri xahiş olunur.