24 yaşlı oğlan öldürülüb
08 dekabr 2014 10:26 (UTC +04:00)

24 yaşlı oğlan öldürülüb

0
Sumqayıtda qətl törədilib.

 

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 7-dən 8-ə keçən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov aralarında yaranmış münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Toğrul Əstanovu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən V. Xəlilov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar