22 yaşlı gəlin ölmüş qayınanasını söydü, baltalandı – TƏFƏRRÜAT
29 iyul 2013 15:51 (UTC +04:00)

22 yaşlı gəlin ölmüş qayınanasını söydü, baltalandı – TƏFƏRRÜAT

Sabunçu rayonu ərazisində baş vermiş qanlı hadisənin təfərrüatları məlum olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsi, ev 12-də Beyləqan rayon sakini, 1983-cü il təvəllüdlü Kamranov Seyran Əliyar oğlu həyat yoldaşı 1991-ci il təvəllüdlü İranəni söyüş üstündə baltalayıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, hadisə baş verən vaxt kirayədə yaşadığı mənzildə yeyib-içib. Xeyli spirtli içki qəbul edən şəxs daha sonra həyat yoldaşı ilə mübahisə edib. Bu zaman qadın ərinin dünyasını dəyişmiş anasının ünvanına nalayiq ifadələr işlədib. S.Kamranov da baltanı götürərək qadının üstünə hücum çəkib və ona baş nahiyəsindən ağır xəsarətlər yetirib. Səs-küyə gələn qonşular araya girib və 22 yaşlı İranə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, İranə S.Kamranovun ikinci həyat yoldaşıdır. Onların nikahından bir yaşlı övladları var.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Nizam Rza

Oxşar yazılar