22 yaşında qətl törədən şəxs tutulub
15 mart 2016 11:45 (UTC +04:00)

22 yaşında qətl törədən şəxs tutulub

0

 

 

Tovuzda qətl törədən şəxs saxlanılıb.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis və prokurorluq  əməkdaşlarının həyata keçirdiyi istintaq əməliyyat tədbirləri nəticəsində rayonun Aşağı Quşçu kəndinin ərazisində, kənd sakini 1956-cı il təvəllüdlü Qulu Alıməmmədovu münaqişə zəminində qətlə yetirən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Sənan Muradov saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, məlum hadisə martın 13-dən 14-nə keçən gecə qeydə alınıb. Aşağı Quşçu kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Alıməmmədov Qulu Hümbət oğlunun üzərində zorakılıq əlaməti olan meyiti aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar