Ötən gün saat 23:00 radələrində Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Fərhad Əliyev küçəsi 1-ci döngə, 6/12-də qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov bir bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub.
21 yaşlı gəncin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.