20 yaşlı oğlan dənizdə batdı - YENİLƏNİB
13 iyul 2018 00:27 (UTC +04:00)

20 yaşlı oğlan dənizdə batdı - YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun axtarışları başa çatıb. FHN-dən Lent.az-a verilən xəbərə görə,  C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. 

 

 

**** 22.51

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun batdığı ehtimal olunur. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar