204 kvadrat metrlik ev yandı
28 fevral 2016 09:51 (UTC +04:00)

204 kvadrat metrlik ev yandı

0

Şəki rayonunda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar