20-yə yaxın evi qarət edən gənc tutuldu
30 iyul 2016 04:37 (UTC +04:00)

20-yə yaxın evi qarət edən gənc tutuldu

0

Abşeron rayon Polis İdarəsinə Ceyranbatan qəsəbəsində bir necə mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, aparılan araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 25 yaşlı Eminağa Cəfərov saxlanılıb. Məlum olub ki, o, 6 ay ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində ümumilikdə 20-yə yaxın mənzildən oğurluq edib. Saxlanılan Eminağa Cəfərov mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

 

Oğurluq yolu ilə əldə etdiyi qızılları Bakıdakı “Moskva” univermağında satdığını deyən Eminağa Cəfərov bütün pulları xərclədiyini bildirib. Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar