Sumqayıtdakı dəhşətli qəzada yaralanan qadın da öldü
03 fevral 2016 13:01 (UTC +04:00)

Sumqayıtdakı dəhşətli qəzada yaralanan qadın da öldü

Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb.

 

Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri Heydər Əliyev prospektində "VAZ 21015" ilə "Geely" markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralılardan Orucova Tutu Ədalət qızı uzun müddət komada qaldıqdan sonra dünən həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

 

Bildirək ki, Orucova Tutu Ədalət qızı hadisə zamanı yaralanan Vüqar Orucovla evli imiş və qəzadan təxminən 10 gün əvvəl  Əsmər adlı qızları dünyaya gəlib.

 

Əlavə edək ki, Vüqar Orucovun qardaşı Vüsal Orucov isə hadisə yerində dünyasını dəyişib. 

 

Hazırda ağır əməliyyat keçirən Vüqar Orucovun qardaşının və  həyat yoldaşının ölümündən xəbəri yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar