19 yaşlı azərbaycanlı Rusiyada bədbəxt hadisənin qurbanı oldu
07 avqust 2014 14:47 (UTC +04:00)

19 yaşlı azərbaycanlı Rusiyada bədbəxt hadisənin qurbanı oldu

0
Rusiyada azərbaycanlı gənc göldə boğulub.

 

Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.

 

Azərbaycanın Şirvan şəhərindən olan, 1995-ci il təvəllüdlü Murad Heydərli Sankt-Peterburq şəhərində göldə çimərkən boğularaq ölüb.

 

Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.

 

Yaxınlarının dediyinə görə, M. Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.

 

M. Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4216

Oxşar yazılar