17 yaşlı rus qızı azərbaycanlı sevgilisinə görə intihar etdi
24 mart 2015 18:28 (UTC +04:00)

17 yaşlı rus qızı azərbaycanlı sevgilisinə görə intihar etdi

 

 

Rusiyada azərbaycanlı sevgilisindən ayrılan qız həyatına son qoyub.

 

Lent.az “anspress”ə istinadən xəbər verir ki, sevgilisindən ayrılan qız intihar edib. Kollecdə təhsil alan 17 yaşlı birinci kurs tələbəsi yaşadığı evdə, otağında intihar edib.

 

Polisin məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Adı açıqlanmayan qızın anası erkən yatıb. Nənəsi isə saat 23:00-da evə gəlib. Nəvəsinin otağındakı açıq pəncərəni bağlamaq üçün ora girəndə isə dəhşətə düşüb.

 

Gənc qız huşsuz vəziyyətdə başında sellofan torba keçirilmiş vəziyyətdə olub. Dərhal xəstəxanaya çatdırılan qız tibb müəssisəsində keçinib.

 

Qızın yaxınlarının sözlərinə görə, qız sevgilisindən ayrıldığı üçün depressiyada olub. Onun kurs yoldaşı olan Azərbaycan vətəndaşı ilə münasibəti olub. Əvvəlcə hər şey yolunda olub. Amma sonradan gənc oğlan ailəvi biznes problemlərini əsas gətirərək ayrılıb.

 

Ayrılıqdan sonra ruh düşkünlüyü yaşayan moskvalı qıza yaxınları psixoloqdan kömək almağı təklif etsələr də bunun heç bir faydası olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar