16 ildir axtarılırdı, tutuldu
09 sentyabr 2019 16:24 (UTC +04:00)

16 ildir axtarılırdı, tutuldu

Cəlilabad rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb. 
 
Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində 2003-cü ildən axtarış elan olunan Cəlilabad rayonu, Gülməmmədli kənd sakini Hikmət Ağayevi rayon Polis Şöbəsi əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar